Böyük Britaniyanın Baş naziri Endi Börnhem Kiyevə səfər edib.
Heftelik.az “Sky News“-a istinadən xəbər verir ki, Britaniya liderini dəmir yol vağzalında Ukraynanın xarici işlər naziri Andrey Sibiqa qarşılayıb.
Börnhemin Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşəcəyi və Ukraynanın müstəqilliyinin 35-ci ildönümü ilə bağlı tədbirlərdə iştirak edəcəyi gözlənilir.
Bundan başqa Britaniya Baş nazirinin Ukraynaya uzunmənzilli raketlər sahəsində dəstək elan ediləcəyi də bildirilib.
Qeyd edək ki, bu, Britaniyanın yeni Baş nazirinin xaricə ilk rəsmi səfəridir.
