Qanunda dövlət orqanı ləğv edildikdə tətbiq olunacaq qaydalar müəyyən edilib.
Heftelik.az-ın məlumatına görə, bu, “Normativ hüquqi aktlar haqqında” qanunda əksini tapıb.
Belə hallarda normativ hüquqi aktlarla bağlı səlahiyyətlər başqa dövlət orqanına veriləcək.
Bu orqan əvvəl qəbul edilmiş aktlara dəyişiklik edə və ya onları ləğv edə biləcək.
Beləliklə, hüquqi tənzimləmədə fasiləsizlik təmin olunur.