Xalq artisti Tofiq Bakıxanov II Fəxri xiyabanda dəfn edilib.

Heftelik.az APA-ya istinadən xəbər verir ki, dəfn mərasimində dövlət xadimləri, mədəniyyət və incəsənət nümayəndələri, mərhumun sənət dostları, yaxınları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, dəfndən əvvəl Xalq artisti Tofiq Bakıxanovla Təzə Pir məscidində vida mərasimi keçirilib.

Xatırladaq ki, Tofiq Bakıxanov avqustun 23-də 96 yaşında vəfat edib.