Dövlət orqanının statusu və ya adı dəyişdikdə hüquqi aktların taleyi də tənzimlənib.
Heftelik.az-ın məlumatına görə, bu, “Normativ hüquqi aktlar haqqında” qanunda əksini tapıb.
Orqanın statusunun dəyişməsi əvvəl qəbul edilmiş normativ hüquqi aktların qüvvədən düşməsinə səbəb olmur.
Orqanın adı dəyişdirildikdə müvafiq aktlarda addəyişmə ilə bağlı düzəlişlər edilməlidir.
Bu dəyişikliklər başa çatanadək əvvəlki aktlar yeni yaradılmış və ya adı dəyişdirilmiş orqana şamil olunur.
