Robert Köçəryan xəstəxanaya yerləşdirilib.

Heftelik.az xəbər verir ki, Köçəryan təcili yardım maşınında Milli Təhlükəsizlik Xidmətinin əməkdaşlarının müşayiəti ilə xəstəxanaya çatdırılıb.

Robert Köçəryanın böyük oğlu Sedrakın həbs edilməsinə dair isə vəsatət təqdim olunub.

***

saat 11.01

Ermənistanın ikinci prezidenti Robert Köçəryan və oğlu Sedrak Köçəryan Antikorrupsiya Komitəsinə aparılıb.

Heftelik.az Ermənistan mediasına istinadən xəbər verir ki, Robert Köçəryan və oğlu Sedrak Köçəryanın evlərində axtarış aparılır.

Qeyd edilib ki, artıq Robert Köçəryan və oğlu Sedrak Köçəryan tutulub.

***

saat 09.13

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin əməkdaşları səhər saatlarından etibarən ölkənin keçmiş prezidenti Robert Köçəryanın oğlu Levon Köçəryanın evinə gəlib.

Heftelik.az xəbər verir ki. bu barədə müxalif “Ermənistan” fraksiyasının deputatı Mesrop Manukyan sosial şəbəkələrdə məlumat yayıb.

Hadisədən bir gün əvvəl Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentdə hökumət proqramının müzakirəsi zamanı müxalifətə, o cümlədən “Köçəryan klanı”na qarşı bir neçə dəfə sərt ifadələr səsləndirib.