Korrupsiyaya Qarşı Mübarizə Komitəsi Ermənistan Respublikasının ikinci prezidenti Robert Köçəryana qarşı açılan cinayət işi ilə bağlı təfərrüatları açıqlayıb.
Heftelik.az xəbər verir ki, Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Komitəsi bununla bağlı açıqlama yayıb.
Məlumata görə, Köçəryan Ermənistan prezidenti vəzifəsini tutarkən əvvəlcədən ona yaxın olan şəxslərlə əlbir olaraq öz xidməti mövqeyindən istifadə edərək müxtəlif uydurma əsaslarla dövlət mülkiyyətindən çıxarılaraq bazar qiymətlərindən xeyli aşağı qiymətə sosial və iqtisadi əhəmiyyətə malik bir sıra qiymətli əmlak obyektləri əldə etməsi barədə məlumatlar əldə edilib.
6 nəfər, o cümlədən keçmiş prezident, onun oğlu və cinayət sxemlərində iştirak edən digər şəxslər saxlanılıb.
