Normativ hüquqi aktın qəbul edilməsinin zərurətinin əsaslandırılmasına onun ehtimal olunan nəticələrinin proqnozlaşdırılması barədə məlumat daxil edilir.
Heftelik.az-ın məlumatına görə, bu, “Normativ hüquqi aktlar haqqında” qanunda əksini tapıb.
Əsaslandırmada aktın qəbul edilməsi ilə əlaqədar ləğv edilməli və ya dəyişdirilməli normativ hüquqi aktların siyahısı da göstərilməlidir.
Həmçinin hazırlanmalı olan Nazirlər Kabinetinin qərarları və mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktları barədə məlumat verilməlidir.
Bu tələblər yeni normanın hüquqi sistemə mümkün təsirlərinin əvvəlcədən qiymətləndirilməsinə imkan verir.
