“Liverpul”un sabiq müdafiəçisi, hazırda isə televiziya eksperti kimi çalışan Ceymi Karraher Xabi Alonsonun “Real Madrid”in baş məşqçisi postundan ayrılıma səbəbini açıqlayıb.
Heftelik.az xəbər verir ki, o, Alonsonun postunu Vinisius Juniorla bağlı vəziyyətə görə itirdiyini bildirib:
“Düzünü desəm, Alonso işini Vinisiusla bağlı vəziyyətə görə itirdi. Baş məşqçi baş verənlərdən narazı idi. Rəhbərliklə söhbətdən sonra klub futbolçunun tərəfini tutdu. Nəticədə Xabi istefaya göndərildi, onun yerini isə Arbeloa tutdu”.
Hazırda Xabi Alonso “Çelsi”yə rəhbərlik edir. 44 yaşlı ispaniyalı mütəxəssis iyul ayında London klubunun baş məşqçisi təyin olunub. Onun “Çelsi” ilə müqaviləsi 2030-cu ilin iyun ayının sonuna qədər nəzərdə tutulub.
