Xalq artisti və Milli Məclisin Mədəniyyət komitəsinin sədri Polad Bülbüloğlunun Gülnarə Şıxəliyeva ilə boşanması  və üçüncü dəfə evlənməsi barədə yayılan məlumatlara münasibət bildirib.

Heftelik.az xəbər verir ki, “Novoye Vremya” qəzeti məsələyə dair birbaşa şərh almaq üçün Polad Bülbüloğlu ilə əlaqə saxlayıb.

Polad Bülbüloğlu üçüncü dəfə evləndi – FOTO

Qəzet yazır ki, xalq artisti hazırda Türkiyədə istirahət edir. O, boşanma ilə bağlı xəbərlərin həqiqətə uyğun olmadığını bildirib. Onun sözlərinə görə, nə Gülnarə Şıxəliyeva ilə boşanıb, nə də üçüncü dəfə ailə həyatı qurub.