“Tvente”nin UEFA Konfrans Liqasının pley-off mərhələsində sabah “Qarabağ”la keçirəcəyi cavab matçında heç bir bəhanəsi ola bilməz.
Heftelik.az Report-a istinadən xəbər verir ki, bunu komandanın baş məşqçisi Con van den Brom Bakıda keçiriləcək cavab matçından öncə mətbuat konfransında deyib.
O, daha diqqətli oynamağın vacibliyindən danışıb:
“Oyundan bir neçə gün öncə gəlməyimiz futbolçular üçün rahatlıq deməkdir. Hazırlaşmağa kifayət qədər vaxtımız oldu. İlk oyunda zəif çıxış etdiyimiz məqamları düzəltməyə çalışmışıq və buna kifayət qədər vaxt ayırmışıq. Sabah əvəz çıxmaq və mərhələni keçmək üçün yaxşı imkanımız olacaq. Artıq heç bir bəhanəmiz ola bilməz, nəticə qazanmalıyıq”.
Xatırladaq ki, “Qarabağ” – “Tvente” görüşü avqustun 27-də, saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda start götürəcək. Komandalar arasında Niderlandda baş tutan oyunda Ağdam təmsilçisi 1:0 hesablı qələbə qazanıb.
