2026/2027-ci illər mövsümü UEFA Çempionlar Liqası təsnifat mərhələsinin pley-off oyunlarının ikinci axşamının yekunlarına görə turnirin ümumi mərhələsinə çıxan son dörd komanda müəyyənləşib.

Heftelik.az Report-a istinadən xəbər verir ki, turnirin həlledici mərhələsində “Fənərbağça” (Türkiyə), AEK (Yunanıstan), “Vikinq” (Norveç) və “Slovan” (Bratislava) klubları çıxış etmək hüququnu qazanıb.

Ötən gün ümumi mərhələyə vəsiqələri İsrailin “Hapoel Beer-Şeva” komandasına qalib gələn Bakının “Sabah” (1:2, 5:2), “Seltik”i (Şotlandiya) məğlub edən LASK (Avstriya) (0:3, 5:1) və “NEC Neymegen”i (Niderland) üstələyən “Budyo Qlimt” (Norveç) (3:1, 3:0) əldə edib.

Beləliklə, Çempionlar Liqasının ümumi mərhələsində aşağıdakı 36 komanda oynayacaq:

“Arsenal”, “Mançester Siti”, “Mançester Yunayted”, “Aston Villa”, “Liverpul” (hamısı İngiltərə), “Barselona”, “Real Madrid”, “Vilyarreal”, “Atletiko”, “Betis” (hamısı İspaniya), “İnter”, “Napoli”, “Roma”, “Komo” (hamısı İtaliya), “Bavariya”, “Borussiya”, “RB Leypsiq”, “Ştutqart” (hamısı Almaniya), “PSJ”, “Lans”, “Lill” (hamısı Fransa), PSV, “Feyenoord” (hər ikisi – Niderland), “Portu”, “Sportinq” (hər ikisi Portuqaliya), “Brügge” (Belçika), “Slaviya” (Çexiya), “Qalatasaray”, “Fənərbağça” (hər ikisi Türkiyə), “Şaxtyor” (Ukrayna), “Budyo Qlimt”, “Vikinq” (hər ikisi Norveç), “Sabah” (Azərbaycan), LASK (Avstriya), AEK (Yunanıstan) və “Slovan” (Bratislava).