Mavritaniyanın sabiq xarici işlər naziri İsmail Ould Şeyx Ahmed İslam Əməkdaşlıq Təşkilatının yeni Baş katibi seçilib.
Heftelik.az Anadolu-ya istinadən xəbər verir ki, İƏT xarici işlər nazirlərinin Ciddə şəhərində keçirilən fövqəladə iclasında bununla bağlı qərar qəbul edilib.
Qeyd edək ki, 66 yaşlı Şeyx Ahmed 2021-ci ildən bəri Baş katib vəzifəsində çalışan çadlı diplomat Hüseyn İbrahim Tahanı əvəz edəcək.
Yeni Baş katib 2015-2018-ci illərdə BMT Baş katibinin Yəmən üzrə xüsusi elçisi olub.
