Avqustin 26-da Nepal-Çin sərhədində baş verən sel və torpaq sürüşməsi nəticəsində 332-ə nəfər ölüb, 900-dən çox itkin düşən var.
Heftelik.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb.
Təbii fəlakət Nepalın Rasuva və Çinin Tibet bölgələrini əhatə edib.
Peyk görüntüləri və seysmoloji məlumatlar hadisənin səbəbini də üzə çıxarıb. Fəlakətin səbəbi zəlzələ ilə bağlı olmayıb, 5180 metr yüksəklikdən 610 metr enində nəhəng buz kütləsi qoparaq Rasuva vadisinə düşüb. Parçalanan buz kütləsi sel və torpaq sürüşməsinə yol açıb.
