Sığorta sığortalının və ya sığorta olunanın əmlakı, həyatı, sağlamlığı və mülki məsuliyyəti ilə bağlı əmlak mənafelərinin müdafiəsi sahəsində riskin ötürülməsinə və ya bölüşdürülməsinə əsaslanan münasibətlər sistemi kimi müəyyən edilir.
Heftelik.az-ın məlumatına görə, bu, “Sığorta fəaliyyəti haqqında” qanunda əksini tapıb.
Qanunda sığortanın qanunla qadağan olunmayan fəaliyyət, o cümlədən sahibkarlıq fəaliyyəti ilə bağlı əmlak mənafelərini də əhatə etdiyi göstərilir.
Beləliklə, sığorta yalnız əmlakın deyil, həyat, sağlamlıq və məsuliyyətlə bağlı risklərin də müdafiəsini nəzərdə tutur.
Bu anlayış sığorta münasibətlərinin hüquqi əsasını müəyyən edən əsas anlayışlardan biri kimi çıxış edir.