Yağış yağıb, külək əsib

27 Avqust 2026, 10:17
Avqustun 27-si saat 10:00-a olan məlumata əsasən əksər rayonlarda hava şəraiti əsasən yağmursuz keçib, lakin axşam və gecə bəzi dağlıq və dağətəyi rayonlarda qısamüddətli leysan xarakterli yağış yağıb, şimşək çaxıb.
Milli Hidrometeorologiya Xidmətindən Heftelik.az-a verilən xəbərə görə, düşən yağıntının miqdarı Sarıbaş (Qax), Gədəbəydə 2, Kəlbəcər, Laçın, Qubadlı, Şuşa, Xankəndi, Mingəçevir, Zaqatala, Goranboy, Şahdağ, Şəki, Oğuz, Şəmkir, Şərurda 1 mm-dək qeydə alınır.
Bəzi yerlərdə şimal-qərb küləyi əsir. Küləyin maksimal sürəti Culfada 22, Goranboyda 19, Bakıda və Abşeron yarımadasında, eyni zamanda Naftalanda 18, Tərtərdə 16 m/s-dək güclənir.
Qusar, Goygöl, Xankəndi, Şahbuz, Lerikdə duman müşahidə olunur.
Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 31, Naxçıvan MR-da və Aran rayonlarında 39, dağlıq rayonlarda isə 28 dərəcəyədək isti müşahidə olunub.