Gəncədə anasını qətlə yetirməkdə şübhəli bilinən şəxs polis saxlayıb.

Heftelik.az Lent.az-a istinadən xəbər verir ki, polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində 64 yaşlı L. Verdiyevanı kəsici alətlə qətlə yetirməkdə şübhəli bilinən oğlu 44 yaşlı Ramin İsmayılov saxlanılıb.

***

saat 13.20

Gəncədə qətl hadisəsi baş verib.

Heftelik.az APA-ya istinadən xəbər verir ki, hadisə şəhər ərazisində yerləşən bazarda qeydə alınıb.

Belə ki, sözügedən bazardakı dükanlardan birində çalışan 1962-ci il təvəllüdlü L. Verdiyeva bıçaq xəsarəti ilə ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

Ona yardım edilsə də, qadının həyatını xilas etmək mümkün olmayıb.

Məlumata görə, qadını oğlu aralarında baş verən mübahisə zamanı bıçaqlayıb.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.