İlin son Ay tutulması oldu

28 Avqust 2026, 11:12

2026-cı ilin ikinci Ay tutulması olub.

Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından Heftelik.az-a verilən xəbərə  görə, bu dəfə Ay Yer kürəsinin yalnız kölgəsinin bir hissəsindən keçib və qismən tutulma müşahidə olunub.

Belə ki, Yarımkölgəli Ay tutulması 05:23:55- də, qismən tutulma saat 06:33:48-də başlayıb. Tutulmanın maksimumu saat 08:12:53-də olub. Qismən tutulma saat 09:51:55-də, yarımkölgəli Ay tutulması saat 11:01:41-də başa çatıb.

Tutulma Avropa, Afrika, Asiya və Amerikadan görünəcək. Azərbaycan ərazisindən yarımkölgəli Ay tutulmasının yalnız bir hissəsini səhər saat 05:23-dən 05:55-ə – Ay batana qədər müşahidə etmək mümkün olub.