Keçmiş deputat tələbə oldu

28 Avqust 2026, 13:35

Milli Məclisin keçmiş deputatı Jalə Əhmədova tələbə adını qazanıb.

Heftelik.az  xəbər verir ki, eks-deputat bu barədə sosial şəbəkədə məlumat paylaşıb.

O bildirib ki, ikinci təhsilini Bakı Dövlət Universitetində “Psixologiya” ixtisası üzrə davam etdirəcək.
Qeyd edək ki, J.Əhmədova Azərbaycan Üzgüçülük Federasiyasının vitse-prezidentidir.