Şirvanda yük və minik avtomobilləri toqquşub.

Heftelik.az APA-ya istinadən xəbər verir ki, hadisə Şirvan şəhərinin Köhnə Şəhər massivi ərazisində qeydə alınıb.

Belə ki, “Hyundai” markalı yük avtomobili ilə “Xəzər” markalı minik avtomobili toqquşub.  Nəticədə Şirvan sakini, 1978-ci il təvəllüdlü İsgəndərov Çingiz Həsənalı oğlu yaralanıb, Şirvan şəhər sakini, 1970-ci il təvəllüdlü Mehtiyev Elman Mikayıl oğlu isə ölüb.

Faktla bağlı araşdırma aparılır.