ABŞ İranın Larak adasına PUA ilə zərbə endirib.
Heftelik.az xəbər verir ki, bu barədə Tasnim xəbər agentliyi məlumat yayıb.
Hücum nəticəsində azı iki nəfər ölüb, iki nəfər yaralanıb.
İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) isə İordaniyada yerləşən ABŞ hərbi bazalarına endirilən zərbələr nəticəsində qırıcı təyyarələrin dislokasiya məntəqələrinin və onların texniki xidmət infrastrukturunun məhv edildiyini açıqlayıb. SEPAH-ın açıqlamasında hücumun ABŞ-ın İranın Larak adasına endirdiyi zərbəyə cavab olaraq həyata keçirildiyi bildirilib. İordaniya Silahlı Qüvvələri isə ölkənin hava məkanına daxil olan səkkiz raketin hava hücumundan müdafiə sistemləri tərəfindən vurulduğunu açıqlayıb.
