Hakim vəzifəsinə namizədlər test imtahanı, yazılı imtahan və müsahibə əsasında seçilirlər.
Heftelik.az-ın məlumatına görə, bu, “Məhkəmələr və hakimlər haqqında” qanunda əksini tapıb.
İmtahanlar və müsahibə Hakimlərin Seçki Komitəsi tərəfindən təşkil edilir.
Nəticələr Komitə tərəfindən qiymətləndirilir və bu işə xüsusi komissiya da cəlb oluna bilər.
İmtahan və müsahibədən uğurla keçən namizədlər topladıqları ballara uyğun sıralanırlar.
Qiymətləndirmənin nəticələri sonrakı qərarın qəbul edilməsi üçün Məhkəmə-Hüquq Şurasına təqdim olunur.
