Kaxaber Sxadadze “Qəbələ”nin baş məşqçi postundan gedib.
Heftelik.az xəbər verir ki, bu barədə klubun mətbuat xidmətindən bildirilib.
Gürcüstanlı mütəxəssislə mövcud müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib. Onun köməkçisi Georgi Çixradze ilə əməkdaşlığa da son qoyulub.
Qeyd edək ki, Kaxaber Sxadadze 2024-cü ilin fevralından “Qəbələ”ni çalışdırırdı.
