Rusiyalı supermodel İrina Şeykin şəxsi həyatı daim dünya mediasının diqqət mərkəzindədir. Modelin adı müxtəlif dövrlərdə aktyorlar, musiqiçilər və digər məşhur şəxslərlə hallanıb.
Heftelik.az Lent.az-a istinadən İrina Şeykin ən çox danışılan münasibətlərini təqdim edir.
İrina Şeykin tanınmış münasibətlərindən biri italiyalı kinoprodüser Valerio Morabito ilə olub. Onlar 2004-cü ildə tanış olublar, bir neçə il birlikdə qalıb, hətta nişanlanıblar. Cütlük sıx iş qrafiki səbəbindən ayrılıblar.
2007-2009-cu büdcə Şeyk “Linkin Park” qrupunun zərb alətləri ifaçısı Rob Burdonla münasibətdə olub. Cütlük şəxsi həyatlarını mediadan uzaq saxlamağı bacarıb və onlar birlikdə çox az görüntülənib.
Daha sonra Şeyk braziliyalı Artur Seylslə təxminən 10 ay görüşüb. Lakin daha sonra ayrılmaq qərarına gəliblər.
Şeykin ən çox müzakirə olunan münasibətlərdən biri Kriştiano Ronaldo ilə olub. Onlar 2010-cu ildə “Armani Exchange” reklam kampaniyası zamanı tanış olublar və münasibətləri təxminən beş il davam edib. Bu münasibət Şeykin dünya miqyasında tanınmasına da böyük təsir göstərib.
Ronaldo ilə ayrılıq ərəfəsində modelin adı aktyor Dueyn Consonla da hallanıb. Onlar “Hercules” filminin çəkilişlərində tanış olublar.
2015-ci ildə İrina Şeyk aktyor Bredli Kuperlə münasibətə başlayıb. 2017-ci ildə onların Lea adlı qızı dünyaya gəlib. Cütlüyün münasibəti 2019-cu ildə başa çatıb.
Şeykin adı daha sonra fotoqraf Rouen Papiye və Vito Şnabel ilə də hallandırılıb.
2021-ci ildə modelin reper Kanye Uestlə münasibəti gündəmə gəlib. Onların münasibəti təxminən üç ay davam edib.
2023-cü ildə İrina Şeykin Leonardo DiKaprio ilə münasibət qurduğu haqqında iddialar ortaya çıxıb. Onlar “Coachella” festivalında birlikdə görüntüləniblər.
Daha sonra Şeyk amerikalı futbol ulduzu Tom Bredi ilə münasibət yaşayıb. Son olaraq modelin adı basketbolçu Devin Bukerlə hallanmağa başlayıb.
