ABŞ-nin Quru Qoşunları naziri Den Driskoll rəsmən istefa verib.

Heftelik.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” (WSJ) qəzeti məlumat yayıb.

Driskollun gedişi müdafiə naziri Pit Heqsetlə münasibətlərdə uzun sürən gərginliyin nəticəsi olub.

Mənbələrin məlumatına görə, tərəflər xidmətin idarə olunmasının əsas məsələləri, eləcə də ordunun bir çox yüksəkrütbəli zabitinin vəzifədən kənarlaşdırılması ilə nəticələnən kadr dəyişiklikləri siyasəti ətrafında konsensusa gələ bilməyiblər.

Gözlənilir ki, Driskoll “yaxın bir neçə gün” ərzində Pentaqondakı səlahiyyətlərini başa vuracaq.

Daha əvvəl “NBC” telekanalı xəbər vermişdi ki, Driskoll elə sentyabr ayında istefa verməyi planlaşdırır. Telekanalın məlumatına görə, ABŞ Prezidenti Donald Trampın administrasiyası nazirin ən azı ilin sonuna qədər vəzifəsində qalmasından yanadır.