“Sığorta” və “təkrarsığorta” sözlərindən, onların törəmələrindən və digər dillərdəki tərcümələrindən müəyyən hallarda digər şəxslərin adlarında istifadəsi qadağandır.
Heftelik.az-ın məlumatına görə, bu, “Sığorta fəaliyyəti haqqında” qanunda əksini tapıb.
Qadağa “sığorta brokeri”, “sığorta agenti” və “sığorta üzrə müstəqil ekspert” ifadələrinə və onların digər dillərdəki tərcümələrinə də şamil edilir.
Bu sözlərdən əsas fəaliyyət növü sığorta və ya müvafiq vasitəçilik fəaliyyəti olmayan şəxslərin adında istifadəsinə yol verilmir.
Məhdudiyyətin məqsədi şəxslərin fəaliyyətinin sığorta fəaliyyəti ilə bağlı yanlış təqdim edilməsinin qarşısını almaqdır.