İspaniya çempionatının III turunda evdə “Rayo Valyekano”ya iki qol vuran “Barselona”nın yarımmüdafiəçisi Lamin Yamal “Real”ın sabiq futbolçusu Raul Qonsales və “Atletiko”nun keçmiş forvardı Fernando Torresin rekordunu yeniləyib.
Heftelik.az Report-a istinadən
xəbər verir ki, o, Kataloniya təmsilçisinin heyətində bütün turnirlərdə 50 qol həddini keçən ən gənc futbolçu olub.
Bu göstəriciyə 19 yaş 49 günlüyündə çatan Yamal R.Qonsalesin (19 yaş 249 gün) və F.Torresin (20 yaş 221 gün) göstəricilərini geridə qoyub.
Qeyd edək ki, L.Yamal 2025/2026 mövsümündə “Barselona”nın heyətində keçirdiyi 45 matçda 24 qol vurub və 14 məhsuldar ötürmə edib.
