İstanbulun “Qalatasaray” klubu Portuqaliyanın “Porto” klubunda çıxış edən Türkiyə millisinin futbolçu Deniz Gülü transfer edir.
Heftelik.az xəbər verir ki, klub bununla bağlı Türkiyə İctimaiyyəti Məlumatlandırma Platformasına məlumat verib.
Sarı-qırmızılı klubun açıqlamasında qeyd edilib ki, peşəkar futbolçu Deniz Daniel Gülün transferi ilə bağlı futbolçu və onun klubu “Porto” ilə rəsmi danışıqlara başlanılıb.
İstanbula gəlir
Deniz Gülü daşıyan təyyarənin saat 14:30-da Atatürk Hava Limanının Ümumi Aviasiya Terminalına enməsi gözlənilir.
Transfer məbləği də məlum olub
“Qalatasaray” bu transfer üçün “Porto”ya 10 milyon avro ödəyəcək. Müqavilədə şərtlərdən asılı olaraq 1 milyon avro bonus maddəsi də yer alacaq. Bundan başqa, futbolçunun növbəti satışından əldə olunacaq mənfəətin 10 faizi “Porto”ya veriləcək.
