ABŞ-ın ötən gecə həyata keçirdiyi hücum nəticəsində Kermanşah əyalətində SEPAH-ın Aerokosmik Qüvvələrinin 4 əməkdaşı ölüb.

Heftelik.az-ın xəbərinə görə, bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) məlumat yayıb.

Açıqlamada ölənlərin SEPAH-ın Aerokosmik Qüvvələrinin əməkdaşları olduğu qeyd edilib.

Qeyd edək ki, ötən gecə ABŞ qüvvələri İranın cənub, qərb və cənub-qərb bölgələrində bir sıra məntəqələri bombalayıb.