Baklda skuterdən yıxılıb öldü

02 Sentyabr 2026, 12:33

Yasamal rayonunda 10 gün əvvəl skuterdən yıxılan şəxs xəstəxanada ölüb.

Heftelik.az APA-ya istinadən xəbər verir ki, Bakı şəhər sakini 1969-cu il təvəllüdlü Həsən Xəlilov avqustun 22-də saat 10 radələrində Tbilisi prospektində idarə etdiyi skuterdən yıxılıb. Xəstəxanaya yerləşdirilmiş H.Xəlilov sentyabrın 1-də orada vəfat edib.

Araşdırma aparılır.