Ermənistanın keçmiş maliyyə naziri və Dövlət Gəlirləri Komitəsinin sabiq sədri Qaqik Xaçatryan barəsində iki ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Heftelik.az Qafqazinfo-ya istinadən xəbər verir ki, Xaçatryan rüşvətxorluqda, çirkli pulların yuyulmasında və qanunsuz əmlak əldə etməkdə ittiham olunur.
Cinayət işi çərçivəsində onun və oğlunun evində, eləcə də onlarla əlaqəli 20-dən çox şirkətin ofisində axtarış aparılıb.
O, dünən həmin ittihamlar üzrə saxlanılıb. Eks-nazir səhhəti ilə bağlı problemlərə görə məhkəməyə xərəkdə aparılıb. Xaçatryanın vəkilləri bunu tənqid edərək insan haqlarının pozulması faktı adlandırıb.
