Goranboyda sursat anbarında yanğınla müşayiət olunan partlayıs nəticəsində  evlərə ziyan dəyməyib.

Heftelik.az APA-ya istinadən xəbər verir ki,  bunu jurnalistlərə açıqlamasında Goranboy Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini, rayon Fövqəladə Hallar Komissiyasının sədri Seymur Nazarov deyib.

Komissiya sədri bildirib ki, aidiyyəti qurumların birgə fəaliyyəti nəticəsində hadisə baş verən əraziyə yaxın yerlərdə yaşayanların təhlükəsizliyinin təmin olunması məqsədilə əhalinin köçürülməsi və təxliyə olunması ilə bağlı işlərə başlanılıb.

Dərhal Fövqəladə Hallar və Müdafiə nazirliklərinin müvafiq qüvvələri tərəfindən Daxili İşlər Nazirliyi və Goranboy Rayon İcra Hakimiyyəti ilə əlaqəli şəkildə zəruri və təxirəsalınmaz tədbirlərin görülməsinə başlanılıb və vəziyyət nəzarət altına alınıb:

“Xoşbəxtlikdən tələfat olmayıb, fəsad və ciddi itki qeydə alınmayıb. Əhali hazırda tam təhlükəsiz şəraitdədir. Yanğının söndürməsi ilə bağlı hazırda müvafiq qurumlar birgə fəaliyyət göstərirlər. Sakinlərin evlərinə hər hansı ziyanın dəyməsi ilə bağlı məlumat qeydə alınmayıb”.

Goranboyda sursat anbarında yanğınla müşayiət olunan pattlayış baş verib