Paytaxt sakini olan bir nəfər polisə müraciət edərək sosial şəbəkələrin birində dələduzluqla üzləşdiyini bildirib.
Heftelik.az Lent.az-a istinadən xəbər verir ki, “TikTok” sosial şəbəkəsində özünü ekstrasens-parapsixoloq kimi təqdim edən şəxsin paylaşdığı elanla rastlaşıb.
Elan sahibi zərərçəkəni övladındakı “cini çıxaracağı” vədi ilə aldadaraq 3500 manat maddi vəsaitini ələ keçirib.
Zərərçəkənin şikayəti əsasında Xətai Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 43 yaşlı L.İsmayılova müəyyən olunaraq saxlanılıb.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.
