Ukrayna Beynəlxalq Mülki Aviasiya Təşkilatının Baş katibinə Rusiya hava məkanında mülki aviadaşımalar üçün risklər barədə xəbərdarlıq məktubu göndərib.

Heftelik.az xəbər verir ki, müraciətdə Kiyev BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq özünümüdafiə hüququnu həyata keçirərək, Rusiyanın hava hücumlarına cavab verməyə məcbur olduğunu vurğulayıb.

Ukrayna tərəfi ICAO-nu Rusiya ərazisi üzərində uçuşlar həyata keçirərkən, mülki aviasiya üçün artan riskləri nəzərə almağa çağırıb.

Qeyd edək ki, Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın hava məkanını qapadacaqları ilə bağlı Moskvanı təhdid edib.