Türkiyənin keçmiş Baş naziri Əhməd Davudoğlu barəsində yerli prokurorluq tərəfindən araşdırmalara başlanılıb.
Heftelik.az xəbər verir ki, bu barədə Ankara Cümhuriyyət Baş Prokurorluğu məlumat yayıb.
Bildirilib ki, Türkiyə Prezidentinin ünvanına təhqir ehtiva etdiyi hesab olunan çıxışlarla bağlı sabiq Baş nazir, Gələcək Partiyasının keçmiş sədri ilə bağlı cinayət işi açılıb.
Onun Türkiyə Cinayət Məcəlləsinin 299/1-ci maddəsində nəzərdə tutulan əməli törətdiyi bildirilib.
Qeyd edək ki, həmin fikirlər 2022-ci ildə Əhməd Davudoğlunun müsahibələrinin birində səsləndirilir. Əhməd Davudoğlu həmin müsahibəsində hakimiyyəti korrupsiyada ittiham edir, Baş nazir və AKP sədri olduğu dövrdə ona qarşı kampaniya aparıldığını iddia edir.
Xatırlada ki, iyulun 29-daTürkiyənin sabiq Baş naziri və Gələcək Partiyasının sədri Əhməd Davudoğlu siyasətdən getdiyini açıqlayıb. O, bəyanatında Gələcək Partiyasının fəaliyyətinə son verildiyini və partiyanın rəsmi şəkildə buraxıldığını elan edib.
