Goranboyda 2 saylı tam orta məktəbin sanitar qovşağındakı avadanlıqlar sökülüb.

Heftelik.az Lent.az-a istinadən xəbər verir ki, sosial şəbəkələrdə həmin avadanlıqları məktəbin sabiq direktoru İlhamə Qasımovanın söküb öz evinə apardığı iddia olunur.

Direktorun vəzifədən azad olunduğu üçün bu əməli törətdiyi bildirilir.

Məsələ ilə bağlı Gəncə-Daşkəsən Regional Təhsil İdarəsindən bildirilib ki, araşdırma nəticəsində müəyyən edilib ki, sözügedən ümumi təhsil müəssisəsində bəzi avadanlıqların zədələnməsi və ya yerində olmaması ilə bağlı məsələ mövcuddur:

“Hazırda həmin avadanlıqların təmir edilərək istifadəyə yararlı vəziyyətə gətirilməsi və problemin yeni tədris ilinin başlanmasına qədər aradan qaldırılması nəzərdə tutulur”.