Ermənistandan Azərbaycana ilk ixrac əməliyyatı artıq baş tutub.

Heftelik.az xəbər verir ki, bu barədə Ermənistan Baş naziri Nikol Paşinyan bildirib.

O, detalları açıqlamayıb.

“Düşünürəm ki, şirkətlər özləri bunu elan edəcəklər”, – Paşinyan qeyd edib.

Qeyd edək ki, avqustun sonunda Ermənistan xarici işlər naziri Ararat Mirzoyan yaxın vaxtlarda Ermənistandan Azərbaycana məhsultədarükü ilə bağlı məlumatların açıqlanacağını bildirib.