Azərbaycan əsilli aktrisa Nəsrin Cavadzadə sosial şəbəkədə etdiyi yeni paylaşımı ilə diqqət mərkəzinə düşüb.
Heftelik.az Lent.az-a istinadən xəbər verir ki, hazırda Türkiyənin “Kanal D” telekanalında yayımlanan “Daha 17” serialında Şebnem obrazını canlandıran məşhur aktrisa yeni fotolarını izləyiciləri ilə bölüşüb.
43 yaşlı Cavadzadənin paylaşdığı fotolar qısa müddətdə çoxsaylı bəyənmə və şərhlər toplayıb. İzləyiciləri aktrisanın görünüşü və tərzi ilə bağlı tərif dolu rəylər yazıblar.
Bakıda dünyaya gələn Nəsrin Cavadzadə uzun illərdir Türkiyədə kino və serial layihələrində rol alır. O, “Yasak Elma”, “Bizim Hikaye”, “Üç Kuruş”, “Şahane Hayatım” kimi ekran işlərindəki rolları ilə tanınıb. Hazırda isə “Daha 17” serialında Şebnem obrazı ilə tamaşaçı qarşısına çıxır.
Aktrisa sosial şəbəkələrdə də kifayət qədər aktivdir və mütəmadi olaraq gündəlik həyatından, çəkilişlərdən və istirahətindən fotolar paylaşır.


