Avropa Parlamentinin Beynəlxalq Ticarət Komitəsi Ermənistandan Aİ ölkələrinə idxal edilən bir sıra məhsulların gömrük vergisindən müvəqqəti olaraq azad edilməsi ilə bağlı qərarı təsdiqləyib.
Heftelik.az Armenpress-ə istinadən xəbər verir ki, Avropa Komissiyası tərəfindən irəli sürülən təklifin lehinə 35 nəfər, əleyhinə isə 2 nəfər səs verib, 3 nəfər bitərəf qalıb.
Məlumata görə, gömrük vergisindən müvəqqəti azad edilmə müddəti iki ildir.
Qərar Aİ Şurası tərəfindən təsdiqləndikdən sonra qüvvəyə minəcək.
