Fitnes məşqçisi Kamil Zeynallı Tailanda istirahətə yollanıb.
Heftelik.az “Yeni sabah”-a istinadla xəbər verir ki, o, sosial media hesabında buddist rahiblə maraqlı görüntülərini paylaşıb.
Rahib ilk olaraq idmançının qoluna rəngli ip bağlayaraq onun üçün dua etməyə başlayıb. Daha sonra əlindəki nazik süpürgəyəbənzər çubuqla Kamilin saçına su səpərək başından vurub.
Həmin kadrlar sosial mediada gülüşlə qarşılanıb.