Məşhur türkiyəli aktyor Serhat Kılıç Kağıthanedə evində ölü tapılıb.
Heftelik.az xəbər verir ki, hadisə bu ün saat 17:00 radələrində Nurtepe məhəlləsində baş verib.
Aktyor Serhat Kılıçdan cümə axşamından bu yana xəbər ala bilməyən sevgilisi Özlem E. Kılıçın yaşadığı evə gəlib. Qapını döyən Özlem E. cavab ala bilmədikdə həyatından narahat olduğu 51 yaşlı aktyorun evinə özündə olan açarla qapını açaraq daxil olub.
Qonaq otağındakı kresloda hərəkətsiz aşkarlanıb
Özlem E. Kılıçı qonaq otağında tək nəfərlik kresloda oturmuş vəziyyətdə hərəkətsiz tapıb. Kılıçın nəfəs almadığını və bədəninin soyuq olduğunu görən Özlem E. 112 Təcili Zəng Mərkəzinə zəng edərək kömək istəyib. Məlumat daxil olduqdan sonra ünvana polis əməkdaşları və tibbi yardım briqadaları göndərilib. Tibbi heyətin apardığı müayinə zamanı Kılıçın həyatını itirdiyi müəyyən edilib.
Limfa xəstəliyindən əziyyət çəkirmiş
Polisin ifadəsinə müraciət etdiyi Özlem E. sevgilisi Kılıçın limfa xərçəngindən əziyyət çəkdiyini və cümə axşamından bəri ondan xəbər ala bilmədiyini deyib. Polis əməkdaşları hadisə ilə bağlı aidiyyəti qurumlara məlumat verərək Kılıçın ölümü ilə bağlı araşdırmaya başlayıb.
“Təşkilat” serialına başlamadn vidalaşıb
“Təşkilat” serialının 7-ci mövsümü üçün prodakşn şirkəti ilə razılığa gələn Serhat Kılıç sentyabrın 3-də keçirilən çəkilişlərə səhhətindəki problemləri əsas gətirərək qatılmayıb. Boyun yırtığı diaqnozu qoyulan aktyor layihəyə başlamadan serialdan ayrılıb.
