Azərbaycan Dövlət Kukla Teatrının əməkdaşı Gülay Abdullayeva Prezident İlham Əliyevə müraciət edib.

Heftelik.az xəbər verir ki, müraciətdə deyilir:

“Möhtərəm cənab Prezident!

Sizə son ümidim olaraq müraciət edirəm. Mən, Abdullayeva Gülay Kamran qızı, 5 ildir Azərbaycan Dövlət Kukla Teatrında nəzarətçi vəzifəsində çalışıram.

Həmin teatrda keçmiş baş inzibatçı, hazırda layihələr üzrə menecer vəzifəsində çalışan Əkbərova Aynurə Zaməddin qızı mənə torpaq satışı və sənədləşmə ilə bağlı vəd vermişdi. Mən bu vədə inanaraq ona 5930 manat məbləğində pul vermişəm.

Bu məbləği ona bankdan kredit götürərək ödəmişdim. Əkbərova Aynurə 2025-ci ilin iyun ayından 2026-cı ilin may ayına qədər ümumilikdə 1000 manat pul ödəyib. Nəticədə 5000 manatlıq borc mənim üzərimdə qalıb.

Bank da haqlı olaraq əmək haqqımın böyük bir hissəsini kredit ödənişi kimi tutur. Hazırda bu səbəbdən ciddi maddi çətinliklər yaşayıram. Məsələ ilə bağlı artıq polis orqanlarına şikayət etmişəm və hazırda araşdırma aparılır.

Qeyd edim ki, mən ailəmlə birlikdə yaşayıram. Atam xəstədir, anam isə xadimə kimi çalışır.

Aynurə Əkbərova keçmiş yüksək vəzifəli məmur Zaməddin Əkbərovun qızıdır. Ailəmə təhdid, hədə-qorxu xarakterli səslər göndərilir.

Mən həm maddi, həm də mənəvi zərər görmüşəm. Artıq çox çətin vəziyyətdəyəm, itihar həddinə çatmışam. Həyatım alt-üst olub. Mən bu məsələdə günahkar deyiləm. Mən sadəcə inanmışam, güvənmişəm və bu səhv artıq həyatımı alt-üst etməyə başlayıb.

Son ümid yeri olaraq Sizə müraciət edirəm. Mən dövlətimə və Prezidentimə güvənirəm. Sizdən xahiş edirəm ki, bu məsələ ilə bağlı obyektiv araşdırmanın aparılmasına, hüquqlarımın və təhlükəsizliyimin qorunmasına, mənə dəymiş maddi zərərin ödənilməsinə köməklik göstərəsiniz.

Ümid edirəm ki, gec olmadan səsimi eşidəcək və mənə bu məsələdə kömək edəcəksiniz. Həqiqətən, Sizə son ümid yeri olaraq müraciət edirəm. Mən dövlətimə və Prezidentimə güvənirəm”.