Qara dənizdə gəmilərə hücumlara moratorium qoymaq ideyası real deyil.
Heftelik.aqz APA-ya istinadən xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib.
Onun sözlərinə görə, Rusiya və Ukraynanın mülki gəmilərə hücumlara moratorium qoymaqla Qara Dəniz Taxıl Təşəbbüsünü canlandırmaq cəhdləri qəbuledilməz və qeyri-realdır.
Lavrov Ukraynanın mülki gəmilərdə silah daşımaqla bu cür razılaşmalardan dəfələrlə sui-istifadə etdiyini xatırladıb: “Bununla belə, Rusiya gübrə və taxılının maneəsiz ixracına ümid edirdi, lakin Avropa ölkələri razılaşmanın bu hissəsini blokladılar”.
Qeyd edək ki, Taxıl sazişi 2022-ci ilin iyulundan 2023-cü ilin iyuluna qədər qüvvədə olub.
