“Qarabağ” qapıçısı Mateuş Koxalski ilə yollarını ayırıb.
Heftelik.az xəbər verir ki, bu barədə Ağdam klubunun mətbuat xidməti məlumat yayıb.
Məlumatda bildirilib ki, futbolçunun transferi ilə bağlı Polşanın “Vyeçista” klubunun təklifini və futbolçunun istəyini nəzərə alaraq müsbət cavablandırıb.
Klublar arasında aparılan danışıqlar uğurla yekunlaşıb və qapıçının transferi ilə bağlı razılıq əldə olunub.
2024-cü ilin yayında “Qarabağ”a keçən polşalı qapıçı bu müddətdə 76 oyun keçirib. O, komanda ilə birlikdə Azərbaycan çempionu olub (2024/25), UEFA Çempionlar Liqasının 1/8 finala vəsiqə uğrunda pley-offuna qədər irəliləyib və turnirdəki 40 seyvlə “Top-3”də qərarlaşıb.
“Qarabağ” futbolçuya klubda çıxış etdiyi müddətdə nümayiş etdirdiyi peşəkarlığa və Ağdam təmsilçisinin uğurlarına verdiyi töhfəyə görə təşəkkür edilib, gələcək karyerasında uğurlar arzulayıb.
