Tanınmış modelyer Leyla Əhmədova dələduzluqda ittiham olunur.
Heftelik.az Qafqazinfo-ya istinadən xəbər verir ki, ona qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb.
Leyla Əhmədova barəsində Xətai Rayon Məhkəməsinin qərarı ilə öncə 3 aylıq həbs qətimkan tədbiri seçilib. Daha sonra Leyla Əhmədova barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəz edilib.
