Almaniyanın “Borussiya” (Dortmund) klubunun futbolçusu Konstantinos Karetsas xəstəxanaya yerləşdirilib.
Heftelikşaz klubun rəsmi saytına istinadən xəbər verir ki, yarımmüdafiəçi İspaniyanın “Vilyarreal” komandasına 3:2 hesabı ilə qalib gəldikləri UEFA Çempionlar Liqasının əsas mərhələsinin I turunun oyunundan sonra xəstəxanaya aparılıb.
Buna 18 yaşlı oyunçunun səhhətinin pisləşməsi səbəb olub. O, sözügedən matçın ilk hissəsində özünü pis hiss edib və meydana uzanıb. Tibbi yardım göstərildikdən sonra futbolçu 27-ci dəqiqədə əvəzlənib. Onun qan dövranı ilə bağlı probemlə üzləşdiyi qeyd olunub.
Xatırladaq ki, Konstantinos Karetsas cari ilin avqustunda “Genk”dən heyətə cəlb edilib.
