Yol hərəkəti təhlükəsizliyinin təmin edilməsinin əsas prinsiplərindən biri insanların həyat və sağlamlığının təsərrüfat fəaliyyətinin iqtisadi nəticələrindən üstün tutulmasıdır. Heftelik.az-ın məlumatına görə, bu, “Yol hərəkəti haqqında” qanunda əksini tapıb. Təhlükəsizliyin təmin edilməsinə görə dövlətin məsuliyyəti yol hərəkətində iştirak edən insanların məsuliyyətindən üstün tutulur. Bu sahədə insanların, cəmiyyətin və dövlətin mənafelərinə əməl olunması və fəaliyyətə kompleks yanaşma tələb edilir. Yol hərəkətinin təşkilində təhlükəsizliyin təmin edilməsi, nəqliyyat vasitələrinin hərəkətə buraxılması və sürücülərin hazırlanması əsas istiqamətlərdəndir. Eyni zamanda yol-nəqliyyat hadisələrinin qarşısının alınması və onların nəticələrinin ağırlığının azaldılması üçün dövlət orqanlarının fəaliyyəti əlaqələndirilməlidir.