Xalq artisti Zaur Rzayev Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilib.

Heftelik.az xəbər verir ki, bu barədə AOA-ya açıqlamasında xəstəxananın diretoru Zaur Xəlilov məlumat verib.

O bildirib ki, Xalq artistinin vəziyyəti qənaətbəxşdir və o, palata şəraitində müalicə alır. O, bir neçə gün sonra xəstəxanadan evə buraxılacaq.