ABŞ Dairə Məhkəməsi opera müğənnisi Anna Netrebkonun Metropolitan Operasına qarşı böhtan iddiası ilə bağlı əlavə şikayətini rədd edib. Qərar ictimaiyyətə açıq məhkəmə sənədlərində yer alıb.

Heftelik.az Lent.az-a istinadən  xəbər verir ki, iş materiallarına görə, müğənni baş direktor Piter Qelbin hərəkətlərinin “pis niyyət”dən qaynaqlandığına dair dəlil təqdim etməyib.

Hakim qeyd edib ki, teatr direktorunun Netrebkoya qarşı tənqidi ifadələri məhkəmə başlamazdan əvvəl baş verib və buna görə də iddiaya cavab kimi qəbul edilə bilməz. Bununla belə, müğənni əlavə şikayəti dəyişdirmək üçün vəsatət qaldırmaq hüququnu özündə saxlayır.

анна нетребко

İşin əsas hissəsi Netrebkonun Qelb tərəfindən məhkəməyə müraciət etdikdən sonra başlatdığı iddia edilən ictimai kampaniya ilə bağlı iddiaları ətrafında cərəyan edir. İddiaçı iddia edir ki, teatr direktoru digər qurumları onunla əməkdaşlıq etməməyə inandırmağa çalışıb.

Müğənni ilə Metropolitan Operası arasındakı münaqişə 2022-ci ildə teatrın onun planlaşdırdığı bütün çıxışları birtərəfli şəkildə ləğv etməsi ilə başlayıb.

Qeyd edək ki, Rusiyanın tanınmış opera müğənnisi Anna Netrebko Azərbaycanın Xalq artisti Yusif  Eyvazovun keçmiş həyat yoldaşıdır. Cütlük 2024-cü ilin iyun ayında rəsmi olaraq boşandıqlarını elan ediblər.