Ölmüş heyvanların və bioloji tullantıların utilizasiyası üzrə müəssisələr yaradılacaq.

Heftelik.az-ın xəbərinə görə, bu, Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiqlənən “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2027−2032-ci illər üçün Dövlət Proqramı”nda əksini tapıb.

Sənədə əsasən, Qida Təhlükəsizliyi Agentliyi İqtisadiyyat Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə birlikdə 2027−2032-ci illər ərzində utilizasiya müəssisələrinin yaradılması üzrə beynəlxalq təcrübənin araşdırılması, fermerlərin və sahibkarların beynəlxalq təcrübədə istifadə olunan əsas modellər haqqında maarifləndirilməsi üçün tədbirlərin təşkili, ölmüş heyvanların və bioloji tullantıların utilizasiyası üzrə müəssisələrin yaradılmasına (layihələndirilməsinə) dair sahibkarlıq subyektlərinin müraciətlərinin qiymətləndirilməsini təmin etməlidir.