Banklarda növbədənkənar səhmdar yığıncaqları müəyyən edilmiş şəxslərin tələbi ilə çağırıla bilər.
Heftelik.az-ın məlumatına görə, bu, “Banklar haqqında” qanunda əksini tapıb.
Belə yığıncağın keçirilməsini səsvermə hüququ olan səhmlərin azı 5 faizinin sahibləri tələb edə bilərlər.
Müşahidə Şurası, Audit Komitəsi və İdarə Heyəti də belə təşəbbüslə çıxış etmək hüququna malikdir.
Növbədənkənar yığıncaqların çağırılması qaydası Mülki Məcəllə ilə tənzimlənir.
